Formula 1 üzrə Bəhreyn qran-prisi başa çatıb.
Oxu.Az xəbər verir ki, “Mersedes” komandasının almaniyalı pilotu Niko Rosberq qran-prini qalib başa vurub.
Çempionatın favorite Luis Hamilton isə ikinci pilləni tutub.
Yarışdan sonra pilotların dediyi əsas sitatlar
Niko Rozberq: “Mükəmməl həftəsonu keçirdim, ən əsası, start nöqtəsindən yaxşı başladım və sonra yarış boyu mübarizəni nəzarətdə saxlamağa çalışdım. Yarışdan çox məmnunam, daha bir qələbə qazandığım üçün çox sevinirəm.
Bəhreynə möhətəşəm yarışa görə təşəkkürümü bildirirəm. Səhranın ortasında gözəl bir trek tikiblər. Əminəm ki, bizim burda çoxlu sayda pərəstişkarlarımız var və biz gələn il mütləq bura qayıdacağıq”.
Kimi Raykkonen: “Əlbəttə - ikinci yer elə də pis nəticə deyil. Baxmayaraq ki, starta yaxşı başlamamışdım. Biz sürətli idik, lakin qələbə üçün bu yetərli olmadı. Bu gün ikinciyik, qələbə üçün daha çox çalışacağıq.
Bəhreyndə artıq 8-ci podiumumdur. Çox təəssüf ki, Sebastian Fettelin maşınında problemlər yarandı, deməli bunun üzərində daha çox çalışmalıyıq!”
Stoffel Vandorn: “Start mənim üçün çətin olsa da ümumilikdə yarışdan çox məmnunam. Hər tərəfdən rəqiblərlə üzləşirdim, lakin bu gün xal qazandığımıza görə çox sevinirəm. Debüt çıxışımdan razıyam. Səhv etməmk üçün çox çalışdım və qazandığım xalları bonus saymaq olar. ”
Valtteri Bottas: “Birinci döngəyə daxil olduqda, əyləcə dönən zaman basdım. Hər kəs əyləc prosesini uzatmağa çalışırdı, mən isə daha gec basdım və buna görə cərimələndim, Luis isə buna görə mövqeyini itirdi. Baş vermiş hadisədən çox təəssüflənirəm. Hamiltonla toqquşmaq istəmirdim, mən yalnızca öz mövqeyimi qoruyub saxlamaq istəyirdim.”
E.Ə.
www.oxu.az