Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Eren Elmalının "Qalatasaray" klubundakı qazancı bəlli oldu
Türkiyə millisinin sol cinah müdafiəçisi Eren Elmalı "Qalatasaray" klubunda illik 45 milyon Türkiyə lirəsi qazanacaq.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "Qalatasaray" müdafiəçinin keçidi üçün "Trabzonspor" klubuna 129 milyon 717 min Türkiyə lirəsi ödəniş edib.
Eren Elmalı "Qalatasaray" klubu ilə üç illik müqavilə imzalayıb. Futbolçunun maaşı "sarı qırmızılar"da çıxış etdiyi hər mövsüm üçün 10 milyon dəyərində artacaq.
Belə ki, Eren Elmalı 2028-2029 mövsümdə də İstanbul nəhəngində qalacağı təqdirdə maaşı 75 milyon avro olacaq.
Qeyd edək ki, Eren Elmalı bu mövsüm 23 rəsmi oyunda meydana çıxıb və cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- Dris Mertensə "Qalatasaray"da qalması üçün üç vəzifə təklif edildi
- Vanda Naradan boşanan Mauro İkardi imicini dəyişdi
- "Qalatasaray" Argentina klubuna transfer olmaq istəyən Torreyraya icazə vermədi
- "Qalatasaray"ın İlkay Gündoğana təklif edəcəyi müqavilə şərtləri bəlli oldu
- "Qalatasaray"ın ulduzu Viktor Osimhenə Azərbaycan klubunun forması hədiyyə olundu