Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ağdaşda oğurluq və narkotik cinayətlərinə görə yeddi nəfər saxlanılıb
Ağdaşda xırdabuynuzlu heyvanların örüş sahəsindən naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 34 yaşlı Elcan Musayev və 29 yaşlı Araz Mansırov saxlanılıb.
Onlar oğurladıqları heyvanları Bakı şəhərinə apararaq orada restoranlardan birinə satdıqlarını bildiriblər. Araşdırmalarla E.Musayevin Gədəbəy rayonunda törətdiyi analoji əməlinə görə axtarışda olduğu müəyyən edilib.
Polis əməkdaşlarının rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar nəticəsində isə 5 nəfər - Aqşin Əzizov, Hafiz Paşayev, Namiq Abidov, Tərlan Mikayılov və Müşviq İbrahimov saxlanılıb. Onlardan çəkisi 2 kiloqrama yaxın marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Abşeron və Binəqədi rayonlarında oğurluq edənlər saxlanılıblar
- Xaçmaz polisindən ƏMƏLİYYAT - Dəstə üzvləri ƏLƏ KEÇDİLƏR
- Birinə fərdi evə çıxarış almağı, digərinə maşın satmağı vəd etdi - Həbs olundu
- Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər tutulub
- Azərbaycan futbolunda kuryoz hadisə - Futbolçunun forması oğurlandı