Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Fənərbağça" heyətini "Zirə"nin futbolçusu ilə gücləndirə bilər
"Zirə"nin qvineyalı hücumçusu Salifu Suma karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mediasında xəbərlər paylaşılıb.
21 yaşlı forvard Türkiyə nəhəngi "Fənərbağça"nın maraq dairəsinə düşüb.
İstanbul təmsilçisi forvardı yayda heyətinə qatmaq istəyir. Super Liqa klubu Suma ilə bağlı təklif də göndərib.
"Fənərbağça" Salıfunun transferində maraqlı olan Bolqarıstan MOİK-i ilə mübarizədə daha şanslı sayılır. Türkiyə təmsilçisi futbolçunun müqaviləsindəki 800 min avroya sərbəstqalma bəndindən yararlanmaq variantını da nəzərdən keçirir.
Qeyd edək ki, Sumanın "Zirə" ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
"Futbol transfer xəbərləri" teqi üzrə xəbərlər
- Cenk Tosun "Fənərbağça"dan ayrılır - Uzaq Şərqə gedir
- AZAL və "PAŞA Travel" Yunanıstan və Monteneqroya çarter reyslərini elan edir
- "Sumqayıt"la yollarını ayıran futbolçu Meksika klubunda
- Alın yazısını özü yazan futbolçu: Bu gün onun həyat yolunu Misirdə dərsliklərə salırlar
- "Fənərbağça" yayın ən səs-küylü transferinə HAZIRLAŞIR