"Fənərbağça"da baş məşqçi postu ilə bağlı aparılan danışıqlarda yeni mərhələyə keçildiyi bildirilir.
Oxu.Az xəbər verir ki, "A Spor" müxbiri Erdem Akbaşın məlumatına görə, İstanbul təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssis Serjiu Konseysau ilə bütün məsələlər üzrə razılıq əldə edib.
Məlumata əsasən, tərəflər arasında imzalanması nəzərdə tutulan müqavilənin müddəti 1.5 il olacaq. "Fənərbağça" rəhbərliyinin Konseysaunu "Liverpul"la qarşılaşmadan əvvəl İstanbula gətirməyi planlaşdırdığı qeyd olunur.
Klubun planına əsasən, portuqaliyalı mütəxəssisin bu vacib oyunu stadionun tribunalarından izləməsi gözlənilir.
Türkiyənin "Fənərbağça" klubu yeni baş məşqçisini müəyyənləşdirib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi portuqaliyalı mütəxəssis Serjiu Konseysau ilə anlaşıb.
Məlumata görə,"Fənərbağça" rəhbərliyində İsmail Kartalın gedişindən sonra milli komandaların oyunları ilə əlaqədar fasiləyədək komandaya müvəqqəti olaraq Dirk Kaytın rəhbərlik edəcəyinə qərar verilmişdi. Lakin "Göztepe" ilə (1:2) oyunda alınan məğlubiyyətdən sonra yeni baş məşqçi ilə bağlı qərar verilib.
Konsesau İstanbula dəvət olunub və onun bu gün Türkiyəyə gələcəyi gözlənilir. Bundan sonra Kaytın da klubdan ayrılacağı bildirilir.
Qeyd edək ki, Serjiu Konseysau məşqçilik karyerası ərzində "Portu" və "Milan"da çalışıb. O, karyerası boyunca 12 titul qazanıb. Portuqaliya çempionatının üçqat qalibi olan mütəxəssis dörd dəfə ölkə kubokunu, üç dəfə Superkuboku və bir dəfə Liqa Kubokunu əldə edib. Həmçinin "İnter"lə 2024/2025 mövsümündə İtaliya Superkubokunun qalibi olub.