FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.
Oxu.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland - Belarus matçını idarə edəcək.
T.Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.
B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.
Qeyd edək ki, Tural Qurbanov qrupun martın 25-də baş tutan Kosovo - Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.