"Formula-1" Azərbaycan Qran-prisinin uğurlu təşkilində görünməyən, amma böyük zəhməti olan insanlar da var.
Söhbət Bakı Şəhər Halqasında fəaliyyət göstərən könüllülərdən gedir.
Onlar yarış günlərində turistlərin, idmançıların, jurnalistlərin və digər iştirakçıların rahatlığını təmin edən əsas qüvvələrdən hesab olunurlar. Bu il "Formula-1" könüllüsü olmaq üçün rekord sayda müraciət daxil olub.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin insan resursları üzrə baş meneceri Lamiyə Şahməmmədova bildirib ki, bu il "Formula-1" könüllüsü olmaq üçün rekord sayda müraciət daxil olub:
"Bu il könüllülük üçün müraciət edənlərin sayı 49 min nəfərə çatıb. Bu isə Azərbaycan Qran-prisinin 10 illik tarixində ən yüksək göstəricidir".
L.Şahməmmədova əlavə edib ki, könüllüləri "Formula-1"ə cəlb edən əsas amillərdən biri iş təcrübəsi qazanmaq, yeni bilik və bacarıqlara yiyələnmək, eləcə də gələcək karyera imkanları əldə etməkdir:
"Son 10 il ərzində təxminən 400 keçmiş könüllü Bakı Şəhər Halqasında işlə təmin olunub".