Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov vəzifəsindən azad edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı qərarlar bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilib.
Digər qərarla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin olunub.
Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.