Futbolda nəsildəyişmə prosesi statistikalarla əksini tapıb, Lamin Yamal dövrün ən yaxşıları Lionel Messi və Kriştianu Ronaldunu geridə qoyub.
Oxu.Az xəbər verir ki, Kriştianu Ronaldu 17 yaşında 19 matçda meydana çıxıb, beş qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
Lionel Messi 17 yaşında doqquz qarşılaşmada komandasına kömək edib, cəmi bir dəfə fərqlənib.
Lamin Yamalın göstəricisi isə bundan dəfələrlə çoxdur. Belə ki, "Barselona"nın gənc ulduzu 17 yaşında 100 oyunda meydana çıxıb, 22 qol və 33 məhsuldar ötürmə edib.