Bu gün İranda futzal üzrə “4 Top Nations” turniri start götürüb.
Oxu.Az xəbər verir ki, Joze Alesio Da Silvanın yetirmələrinin ilk rəqibi meydan sahibi İran yığması olub. İki komanda arasındakı oyunda qalib müəyyənləşməyib. Hərəyə 3 qol vuran komandalar hərəyə 1 xal qazanıblar.
Qeyd edək ki, günün ilk oyununda Rusiya və Qazaxıstan milliləri də eynihesablı bərabərliyə razılaşıblar.
“4 Top Nations” turniri
I tur
Rusiya - Qazaxıstan - 3:3
İran – Azərbaycan - 3:3
Qollar: Ə.Hassanzadə, 2:28, Tayebi, 3:18, Şajari, 27:04 – Bastos, 1:32, Karvalyo, 16:13, Tyaqo, 39
İran: 1. Sapehr Muhammedi, 7. Əli Əsgər Həsənzadə, 3. Əhməd Esmailpur, 5. Həmin Əhmədi, 10. Hüseyn Tayebi
Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Tyaqo Martines Teles, 6. Eduardo Mello, 8. Rizvan Fərzəliyev, 9. Bastos Qabriel Nasimento