Gürcüstanın Laqodexi şəhərində qarışıq döyüş sənətləri (MMA) üzrə idmançı Valeri Koçiaşvili bıçaqlanıb.
Oxu.Az yerli mediaya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib.
Məlumata görə, məclisdə iştirak edən 22 yaşlı idmançı mübahisə edən tərəfləri ayırmağa çalışıb. Bu zaman ona qarnından bıçaq xəsarəti yetirilib.
Koçiaşvili şəhər klinikasına çatdırılıb və əməliyyat olunub. Həkimlər onun vəziyyətini qənaətbəxş qiymətləndirir və yaxın zamanda idmançını evə buraxılacağı gözlənilir.
Artıq hadisə ilə bağlı bir nəfər saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Qorilla" ləqəbi ilə tanınan MMA idmançısı ardıcıl iki dəfə pauerliftinq üzrə ölkə çempionu olub. Həmçinin "GAMA" təşkilatının çempionluq kəmərinə sahib olub.