Londonun “Çelsi” klubu və Belçika yığmasının yarımmüdafiəçisi Eden Hazard braziliyalı Neymarın rekord transferini şərh edərkən özünə qiymət qoyub.
Oxu.Az-n xəbərinə görə, bu barədə Goal.com nəşri məlumat yayıb.
“Bilmirəm, bəlkə 300 milyon avro? Hər şey bazardan asılıdır. Neymar braziliyalıdır, yaxşı potensialı var, məndən bir yaş kiçikdir və “Barselona”da oynayıb. Transferin qiyməti müqavilə və bir sıra digər məsələlərdən asılıdır”, - Hazard bəyən edib.
26 yaşlı Eden Hazard “Çelsi” klubunda 2012-ci ildən oynayır. Cari mövsümdə futbolçu zədəyə görə hələ yaşıl meydana çıxmayıb.
S.B.
www.oxu.az