Nevadanın atletika komissiyası irlandiyalı döyüşçü Konor Makqreqora 60 gün ərzində peşəkar rinqdə və məşqlərdə döyüşə çıxmağı qadağan ediblər.
Oxu.Az-ın The Sun nəşrinə istinadən xəbərinə görə, həkimlər belə bir qərarı Makqreqorun Floyd Meyuezerlə döyüşündən sonra veriblər. Döyüş ərzində irlandiyalı 152 zərbə buraxıb. Tibbi müayinənin nəticələrinə əsasən, Meyuezerə heç bir qadağa qoyulmayıb.
Bununla da, Makqreqor 2017-ci ilin noyabr ayına qədər rinqə çıxa bilməyəcək. Nəşrin məlumatına görə, irlandiyalı yalnız 2018-ci ilin əvvəllərində döyüş biləcək.
29 yaşlı irlandiyalı və 40 yaşlı amerikalı arasında döyüş avqustun 27-də Las-Veqasda keçirilib. Makqreqor 10-cu raundda texniki nokauta düşüb.
Meyuezer döyüşə görə 300 milyon, Makqreqor isə 100 milyon dollara yaxın pul qazanıb.
S.B.
www.oxu.az