Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Həsrət Cəfərov Olimpiya medalının keyfiyyətsizliyindən gileylənib
Ötən il keçirilən "Paris 2024" Yay Olimpiya Oyunları ilə bağlı problemlər hələ də davam edir.
Bərbad təşkilatçılıq səbəbindən dünya mediasında tənqid atəşinə tutulan yarış bu dəfə medalların keyfiyyətsizliyi ilə gündəmə gəlib.
Artıq 100-ə yaxın idmançı bununla əlaqədar təşkilat komitəsinə müraciət edib. Azərbaycanlı idmançılardan da eyni problemlərlə üzləşənlər var.
Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Həsrət Cəfərov elə Fransada olduğu vaxt medalının keyfiyyətsiz olduğunu müşahidə edib.
"Medalın rəngi gedirdi. Bir az keçdikcə keyfiyyəti daha da pisləşdi. Azərbaycana qayıdanda məni qarşılamağa gələnlər medalı görüb dedilər ki, medal niyə bu vəziyyətdədir? İdmanın zirvəsi olan yarışın medalı da keyfiyyətli olmalıdır", - deyə Olimpiya mükafatçısı narazılıq bildirib.
Qeyd edək ki, yarışın təşkilat komitəsinə göndərilən şikayətlərdən sonra bütün idmançıların medallarının dəyişdiriləcəyi vəd edilib.
Ətraflı Baku TV-nin süjetində:

"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik
- Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu
- Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb
- Azərbaycan idmançılarının medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edilib
- Azərbaycanlı cüdoçu 2024-cü il üçün "İlin yüksələn ulduzu" adına namizədlər siyahısında yer alıb