Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində günün ikinci oyunu keçirilib.
“Report”un məlumatına görə, A qrupunda yer alan İtaliya və Gürcüstan yığmaları Bakı Tennis Akademiyasında II tur matçında üz-üzə gəliblər.
İlk gündə Serbiyaya minimal fərqlə məğlub olan Gürcüstan seçməsi bu dəfə meydanı qalib kimi tərk edib. Gürcüstanlılar Nikoloz Koplatadzenin (7, 38) dublu, həmçinin, Giorgi Ekseulidze (32) və İrakli Gvetadzenin (38) qolları sayəsində 4:2 hesablı qələbə qazanıblar. İtaliya millisinin heyətində isə Marsiano Piovesan (9) və Sabino Sole (18) fərqləniblər.
Günün ilk görüşündə B qrupunda Ukrayna yığması Türkiyəni 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu gün A qrupu çərçivəsində Serbiya – Çexiya və Azərbaycan – İtaliya matçları keçiriləcək. B qrupunda isə Qazaxıstan – CAR və Türkiyə - Fransa görüşləri olacaq.
09:56
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyunlar keçiriləcək.
Oxu.Az xəbər verir ki, Bakı Tennis Akademiyasında altı qarşılaşma baş tutacaq.
A və B qruplarında əvvəlcə II turun matçları oynanılacaq. Eyni zamanda, hər qrupda III turun da bir görüşü təşkil ediləcək. A qrupunda İtaliya, B qrupunda isə Türkiyə yığması iki oyun keçirəcək.
A qrupunda yer alan Azərbaycan millisi günün son qarşılaşmasında meydana çıxacaq. İlk turda Çexiya ilə qolsuz bərabərə qalan yığma bu dəfə İtaliya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Beynəlxalq Minifutbol Turniri
2 may
A qrupu
12:30. İtaliya - Gürcüstan
15:30. Serbiya - Çexiya
20:30. Azərbaycan - İtaliya
B qrupu
11:00. Türkiyə - Ukrayna
14:00. Qazaxıstan - CAR
19:00. Türkiyə - Fransa