İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, "Mançester Yunayted" ev matçında "Everton"u qəbul edib.
Qarşılaşma qonaqlar üçün uğursuz başlasa da, qələbə ilə bitib. Artıq 13-cü dəqiqədə "Everton"un futbolçusu komanda yoldaşını vurduğuna görə qırmızı vərəqə alıb. Lakin "qırmızı şeytanlar" nəinki "Old Trafford"da say üstünlüyündən yararlana bilməyib, əksinə azlıqda qalan rəqibinə uduzub.
Matçın taleyini "Everton"lu Kirnan Dyuzberi Hollun 29-cu dəqiqədə vurduğu qol həll edib - 0:1.
Hazırda hər iki komandanın xalı bərabərdir - 18. "Mankunian"lar turnir cədvəlində 10-cu, "Everton" isə 11-ci pillədə qərarlaşıb.