İspaniya La Liqasının 6-cı turu çərçivəsində "Levante" - "Real Madrid" matçı keçirilib.
Oxu.Az bildirir ki, qarşılaşma "Los blankos"un inamlı qələbəsi ilə başa çatıb - 1:4.
Madrid təmsilçisinə qələbə qazandıran qolları Vinisius Junior, Franko Mastantuonu və biri penaltidən olmaqla dubla imza atan Kilian Mbappe vurublar.
Ev sahiblərinin təsəlli qolunun müəllifi Karl Eyonq olub.
Qeyd edək ki, "Real Madrid" bu nəticə ilə xallarının sayını 18-ə çatdırıb. Komanda keçirdiyi bütün altı oyunda qələbəyə sevinib.
İspaniya La Liqası: "Real Madrid" qələbə seriyasını davam etdirdi