İspaniya millisində iki futbolçu Türkiyə ilə oyundan əvvəl heyətdən çıxarılıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Din Höysenin millinin düşərgəsindən ayrılmasından sonra baş məşqçi Luis de la Fuente Alexandro Qrimaldo və Xorxe de Frutosu millinin heyətindən kənarlaşdırıb.
Beləliklə, hər iki oyunçu bu milli komanda dövrünü meydana çıxmadan başa vuracaq.
"Bayer Leverkuzen" klubunun sol cinah müdafiəçisi Qrimaldo Gürcüstanla oyunun ehtiyatda keçirmişdi. Baş məşqçi o cinahda daha çox "Çelsi"nin müdafiəçisi Kukurellaya güvənir.
Lamin Yamalın zədələnməsindən sonra siyahıya daxil edilən "Rayo Vallekano"nun cinah hücumçusu De Frutos isə Türkiyəyə qarşı sentyabr ayında oynanılan matçda İspaniya formasını ilk dəfə geyinsə də, o tarixdən bəri yenidən forma şansı əldə edə bilməyib.