İtaliya A Seriyasının 15-ci turuna "Roma" - "Komo" oyunu ilə yekun vurulub.
Oxu.Az xəbər verir ki, "Olimpiko" stadionunda keçirilmiş qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0.
"Canavarlar"ın yeganə qolunu Uesli Fransa vurub.
Bu nəticə ilə "Roma" 30 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider "İnter"dən üç xal geridə qalır. "Komo" isə 24 xalla 7-ci yeri tutur.