Ağdam rayonunun Baharlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, mübahisə nəticəsində Kənan Hüseynov və Elçin Hüseynov adlı qardaşlar bıçaqlanıblar.
Hadisəni törətməkdə şübhəli bilinən Sadiq Rüstəmov polis tərəfindən saxlanılıb.
Bıçaq xəsarəti alan qardaşlardan biri - Kənan Hüseynov hadisənin səbəbini belə izah edib: "Sadiq Rüstəmovun qardaşıma 12 manat borcu var idi. Elə bu pul məsələsi mübahisəyə səbəb oldu".
Hazırda bıçaq xəsarəti alan qardaşların müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
