İtaliya A Seriyasının 12-ci turunda "Fiorentina" "Yuventus"u qonaq edib.
Oxu.Az xəbər verir ki, komandalar xalları yarıya bölüblər.
İlk hissənin sonlarında, 45-ci və 5-ci dəqiqələrdə "Yuventus"un yarımmüdafiəçisi Filip Kostiç oyunda ilk qolu vurub. İkinci hissənin əvvəlində, 48-ci dəqiqədə ev sahibi komandanın yarımmüdafiəçisi Rolando Mandraqora hesabı bərabərləşdirib - 1:1.
Bu matçdan sonra "Fiorentina" 6 xala sahibdir və turnir cədvəlində sonuncu 20-ci yerdədir. "Yuve" isə əksinə, 20 xalla 6-cı yerdə qərarlaşıb.