Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Campyero Ventura vəzifəsindən azad edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İtaliya Futbol Federasiyasının məlumatında bildirilir.
“Bu gündən Campyero Ventura artıq milli komandanın baş məşqçisi deyil”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Venturanın rəhbərliyi altında ölkə 1958-ci ildən etibarən ilk dəfə dünya çempionatına düşə bilməyib.
S.B.
www.oxu.az