Belçikanın paytaxtı Brüssel şəhərində “YouTube” ulduzu ilə görüşə gələn gənclər iğtişaşlar törədiblər.
Oxu.Az-ın xəbərinə görə, fransalı gülüş ustası “Vargasss92” öz pərəstişkarlarını “Mone” meydanında görüşə dəvət edib.
Meydana yüzlərlə insan gəlib. Təhlükəsizliyi təmin etmək üçün əraziyə polis qüvvələri cəlb olunub. Bu isə gənclərin narazılığına səbəb olub. Onlar polisə hücum edib, ardınca isə mağaza piştaxtalarına və avtomobillərə zərər yetiriblər. Şəhər mərkəzində fəaliyyət göstərən metrostansiya bağlanıb.
Hadisə nəticəsində ən azı üç nəfər saxlanılıb.
“Vargasss92” öz pərəstişkarlarını sakitləşməyə çağırıb və bildirib ki, iğtişaşlar səbəbindən onun da problemləri ola bilər.
S.B.
www.oxu.az