Braziliyadakı motoşou zamanı 23 yaşlı italiyalı motoyarışçı Lurrike Ferrarinin iştirakı ilə faciəli qəza baş verib.
Oxu.Az bu barədə "The Irish Sun" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, rampadan rampaya tullanma tryukunu yerinə yetirərkən Lurrike sürəti düzgün hesablamayıb və ikinci rampaya çata bilməyərək dəbilqəsi ilə ona çırpılıb.
Nəşrin yazdığına əsasən, tibbi briqada dərhal yaralı idmançıya kömək göstərmək üçün hadisə yerinə gəlib. Lurrike təcili olaraq xəstəxanaya çatdırılıb və əməliyyat olunub, lakin aldığı xəsarətlərdən dünyasını dəyişib.