Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

UEFA Çempionlar Liqası: "Jirona" doğma meydanda "Liverpul"la bacarmadı
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda "Jirona" doğma meydanda "Liverpul"u qəbul edib.
Oxu.Az xəbər verir ki, gərgin keçən oyunda qonaqlar üstün olublar - 0:1.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda "Jirona" klubu "Liverpul"u qəbul edir.
Oxu.Az xəbər verir ki, Jironada yerləşən "Estadio Municipal de Montilivi" stadionunda keçirilən oyun başlayıb.
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda "Jirona" klubu "Liverpul"u qəbul edəcək.
Oxu.Az xəbər verir ki, Jironada yerləşən "Estadio Municipal de Montilivi" stadionunda keçiriləcək görüşü fransalı hakimlər briqadası idarə edəcək.
Rəqiblərin heyətində ciddi itkilər var.
Belə ki, "Jirona"dan Yangel Herrera, Boyan Miovski və Viktor Tsıqankov, "Liverpul"dan isə Federiko Çieza, Dieqo Jota, İbrahima Konate, Aleksis Makalister və Kostas Tsimikas zədə səbəbindən komandalarına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, bu, rəqiblərin tarixdə ilk görüşü olacaq.
Yayım Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
"Jirona" - "Liverpul" matçının canlı yayımını Oxu.Az saytında izləyə bilərsiniz:
"Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA)" teqi üzrə xəbərlər
- Mauro İkardi yenə öz ampluasında - "Fənərbağça"nı hədəf aldı
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Azərbaycana səfər edəcək
- AFFA rəsmisi "Fənərbağça"nın matçına təyinat aldı
- "Qalatasaray" Mourinyonu UEFA-ya şikayət etdi: İrqçilikdə ittiham edilir
- Gücümüz niyə təkcə Mahir Emreliyə çatdı? - "Uşaq futbol oynayır, tribunadakı valideyni söyür"