"Kəpəz" futbol klubu Rəhman Hacıyevi heyətinə qatıb.
Oxu.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
32 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, Rəhman Hacıyev Azərbaycan millisinin yarımmüdafiəçisi olub. Həmçinin o, mövsümün ilk yarısını "Səbail" klubunda keçirib.