Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksində yerləşən yaşayış binasında yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bina 5-də qeydə alınıb.

Hadisə yerinə polis, Fövqəladə Hallar Nazirliyinin (FHN) və Təcili Tibbi yardım əməkdaşları cəlb olunublar.
FHN-nin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın qısa zamanda söndürülüb.
"Üç poqonometrlik mətbəx mebeli və paltaryuyan maşın yanıb. Xəsarət alan olmayıb", - deyə məlumatda bildirilir.


Əzizə İsmayılova