“Liverpul”un baş məşqçisi Yurgen Kloppun agenti Mark Kositske almaniyalının yayda klubu tərk etməsi barədə məlumatlara münasibət bildirib.
Bu barədə Sports.ru məlumat yayıb.
“Əgər Klopp getməyəcəyini deyibsə, o zaman sözünü tutacaq. Onun “Liverpul”dakı işi başa çatmayıb, hələ müqavilə əsasında üç ili var. O, bunu dəqiqliklə ifadə edib, odur ki, heç bir söz-söhbətə ehtiyac yoxdur”, - deyə M.Kositske bildirib.
Xatırladaq ki, Almaniya millisinin baş məşqçisi Yoahim Löv Avropa çempionatından sonra öz postunu tərk edəcək. Bununla əlaqədar Kloppun milli komandada Lövü əvəz edəcəyi ilə bağlı məlumatlar yayılıb.