"Xankəndi" Futbol Klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, klub son olaraq "Mingəçevir" FK-da çıxış edən yarımmüdafiəçi Taleh Fərmanovla müqavilə imzalayıb.
Tərəflər arasında bağlanan razılaşmaya əsasən, futbolçu 2026/2027-ci il mövsümünün sonunadək "Xankəndi"nin formasını geyinəcək.

"Sumqayıt" heyətini braziliyalı hücumçu Jeam Oliveyra ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Premyer Liqası təmsilçisi futbolçu "1+1" illik müqavilə imzalayıb.

31 yaşlı forvardın son klubu Braziliyanın "Kaşias" komandası olub. O, ölkəsinin "Fortaleza" klubunun yetirməsidir.
"Zirə" heyətində ayrılıq baş verib.
Oxu.Az xəbər verir ki, Bakı təmsilçisi Brahim Konate ilə yollarını ayırıb.
Klubdan verilən məlumata görə, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Brahim Konate 2025-ci ilin yayından "Zirə"də çıxış edirdi.
