İtaliyanın "Komo" klubunun rəhbərliyi UEFA Çempionlar Liqasındakı ilk ev oyunu öncəsi azarkeşləri sevindirəcək qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, klub prezidenti Mirvan Suvarso və bir neçə rəhbər şəxs tribunadakı yerlərindən imtina edərək biletləri 1950-ci ildə və ya daha əvvəl anadan olmuş "Komo" azarkeşlərinə verəcəklər.
Bu addım klubun tarixinin ən mühüm günlərindən birinə uzun illər "Komo"nu dəstəkləmiş yaşlı azarkeşlərin tribunadan şahidlik etməsinə imkan yaratmaq məqsədi daşıyır.
Klubun prezidenti bildirib ki, stadion tam dolduğu və Çempionlar Liqası oyunları üçün tutum məhdudlaşdırıldığı üçün bütün azarkeşlərin qarşılaşmanı tribunadan izləməsi mümkün deyil. Bu səbəbdən rəhbərlik öz yerlərini klubun ən sadiq tərəfdarlarına vermək qərarına gəlib.
Qeyd edək ki, "Komo" tarixində ilk dəfə UEFA Çempionlar Liqasında mübarizə aparır. Komanda turnirdəki ilk ev oyununda sentyabrın 10-da Almaniyanın "Leypziq" klubunu qəbul edəcək.