Almaniya yığması Meksika millisinə qalib gələrək Konfederasiyalar Kubokunun finalına vəsiqə qazanıb.
Oxu.Az-ın məlumatına görə, iyunun 29-da Soçinin “Fişt” stadionunda keçirilən qarşılaşma Avropa təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı altıncı Leon Qoretzka açıb. Üç dəqiqə sonra yarımmüdafiəçi dubla imza atıb.
Matçın ikinci hissəsinin ortalarında Timo Verner hesab arasındakı fərqi üç topa çatdırıb. Bundan sonra meksikalılar Marko Fabianın səyləri nəticəsində bu qollardan birinin əvəzini çıxıblar, lakin iki dəqiqə sonra Amin Yunes dördüncü topu Amerika təmsilçisinin qapısından keçirib.
Finalda Almaniya yığması penalti zərbələri seriyasında Portuqaliyanı üstələyən Çili millisi ilə qarşılaşacaq.
Oyun iyulun 2-də Sankt-Peterburqda keçiriləcək.
S.B.
www.oxu.az