"Real Madrid" İspaniya çempionatının 3-cü turunda "Malyorka"nı məğlub edib.
Oxu.Az xəbər verir ki, "Santyaqo Bernabeu"da keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Arda Gülər (37-ci dəqiqə) və Vinisius Junior (38) fərqləniblər. "Malyorka"nın qolunu Vedat Muriki (18) vurub.
Hazırda Xabi Alonsonun komandasının doqquz xalı var və La Liqa cədvəlində birincidir. "Malyorka" siə 1 xalla 18-ci yerdədir.