Azərbaycan milli komandasının iyunun 7-də Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Riqa şəhərində yerləşən "Skonto" stadionunda baş tutacaq görüşü Maltadan olan hakimlər idarə edəcək.
7 iyun
Saat 17:00, Latviya - Azərbaycan
Baş hakim: Trustin Farrugia Cann (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)
Dördüncü hakim: Vitālijs Spasjonņikovs (Latviya)