Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Luis Suares: "Lionel Messi yenidən dünya çempionatında çıxış etmək istəyir"
"İnter Mayami"nin hücumçusu Luis Suares komandanın kapitanı Lionel Messinin gələcək planları ilə bağlı danışıb.
Oxu.Az "El Pais"ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu komanda yoldaşının gələcəklə bağlı sirlərini bölüşərkən Messinin dünya çempionatına qatılmaq istədiyini bildirib.
"Leonun 2026-cı illə bağlı müəyyən planları var. Bildiyim qədər o, gələn il keçiriləcək dünya çempionatında iştirak etmək arzusundadır. Ancaq bununla bağlı heç kimə heç nə demir, sirr saxlayır".
Qeyd edək ki, Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Argentinalı ulduz bu müddət ərzində bütün turnirlərdə 49 matçda iştirak edib, 42 qol vurub və 21 məhsuldar ötürmə edib.
"Lionel Messi" teqi üzrə xəbərlər
- Messi: "Qvardiola "Barselona"dakı işi ilə futbola böyük ziyan vurub"
- Lionel Messinin mövsümdəki ilk dublu komandasını yarımfinala yüksəltdi
- Kevin De Bruyne ilə bağlı daha bir iddia: Messinin komanda yoldaşı ola bilər
- Kriştianu Ronaldu Lionel Messi barədə ETİRAF ETDİ
- XXI əsrin ən yaxşı hücum xətti bəlli olub