Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mahir Emreli "Nürnberq"dən ayrılır? - Meneceri danışdı
Almaniya mediasında yayılan xəbərlərə görə, Mahir Emreli oynadığı "Nürnberq" klubundan ayrıla bilər. Belə ki, Maqdeburq şəhərinin eyniadlı futbol klubu ilə fevralın 8-də baş tutmuş qarşılaşmadan öncə "Nürnberq"in azərbaycanlı hücumçusunun həmkarları ilə mübahisə etdiyi barədə xəbər yayımlanıb. Bundan sonra Mahir Emrelinin komandadan ayrılmaq qərarına gəldiyi barədə iddialar ortaya çıxıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Mahir Emrelinin meneceri Elnurə Emreli 27 yaşlı hücumçunun yeni təkliflər aldığını bildirib.
"Hazırda başqa klublardan təklif var. Mahir bu təklifləri dəyərləndirdikdən sonra yekun qərar qəbul edəcək. Ən yaxşı təklif göndərən komanda ilə razılaşacağıq".
Qeyd edək ki, Mahir Emrelinin "Nürnberq" klubu ilə müqavilə müddəti 2024/25 mövsümünün sonunda başa çatacaq.
Anar Həsənov
"Mahir Emreli" teqi üzrə xəbərlər
- Miroslav Kloze Mahir Emreli haqqında optimist olmağa çalışır
- Mahir Emrelinin "Munster"lə görüşdə meydana çıxmamasının səbəbi bəlli olub
- Miroslav Kloze: "Mahir Emreli oruc tutduğu üçün ona hörmət edirəm"
- Mahir Emreli "Nürnberq"dəki taleyinə aydınlıq gətirdi
- Mahirin "Nürnberq"lə növbəti oyunda meydana çıxması ilə bağlı məsələyə klub rəsmilərindən CAVAB