Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mahir Emreli: "Nürnberq" karyeram qısa, lakin çox gözəl idi"
Azərbaycan millisinin futbolçusu Mahir Emreli yollarını ayırdığı Almaniyanın "Nürnberq" klubu ilə bağlı fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, 27 yaşlı hücumçu bu barədə "Bild" nəşrinə açıqlama verib.
Forvard II Bundesliqanın XXXIV turunda "Ayntraxt" (Braunşveyq) komandasına qarşı görüşdən sonra danışıb. Qarşılaşmada het-trik edən oyunçu bunları deyib:
"Nürnberq" karyeram qısa, lakin çox gözəl idi. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam".
Emreli gələcək planları barədə də danışıb:
"Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Son günədək bütün diqqətimi "Nürnberq"ə yönəltmək mənim üçün vacib idi".
Qeyd edək ki, mövsümün əvvəlində II Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, "Nürnberq"in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb. Azərbaycanlı hücumçu ilə Bundesliqa təmsilçisi "Sankt Pauli"nin və "Kayzerslautern"in maraqlandığı deyilir.
"Mahir Emreli" teqi üzrə xəbərlər
- "Hall Siti" klubu Mahir Emrelini azad agent kimi transfer etmək istəyir
- İkiqat İngiltərə çempionu Mahir Emrelini izləyir
- "Hall Siti"nin təklifi Mahir Emrelinin fikrini dəyişməsinə səbəb olub
- Acun Ilıcalı Mahir Emreliyə zəng edib
- Almaniya klublarının maraqlandığı Mahir Emreli karyerasını Azərbaycanda davam etdirə bilər