Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mahirin "Nürnberq"lə növbəti oyunda meydana çıxması ilə bağlı məsələyə klub rəsmilərindən CAVAB
"Mahir hələ də komandamızın futbolçusudur və məşqlərinə davam edir".
Bunu Oxu.Az-a açıqlamasında "Nürnberq" klubunun Mətbuat Xidmətinin rəhbəri Pia Lisa Kienel bildirib.
P.Kienel öncə klubun İdarə Heyətinin üzvü Coti Çatsialeksiunun son açıqlamasını diqqətə çatdırıb:
"C.Çatsialeksiu bildirdi ki, Mahir hələ də bizim futbolçumuzdur və komanda ilə məşq edir. Həmçinin qeyd etdi ki, hər bir oyunçu kimi Mahirin də həftəsonu oynayıb-oynamayacağına Miroslav Kloze qərar verəcək".
Mətbuat katibi növbəti görüşdə Mahir Emrelinin iştirakı ilə bağlı sualımızı da cavabandırıb:
"Klub daxilində Mahirlə bağlı heç vaxt fərqli bir qərardan danışılmayıb. Sadəcə, Miroslav Klozenin bu həftəsonu hansı futbolçuları meydana buraxacağı sual altındadır. Mahir də hər bir oyunçu kimi baş məşqçinin seçimlərindən biridir".
Anar Həsənov
"Mahir Emreli" teqi üzrə xəbərlər
- Gücümüz niyə təkcə Mahir Emreliyə çatdı? - "Uşaq futbol oynayır, tribunadakı valideyni söyür"
- Mahir Emrelinin "Nürnberq"i tərk etməsinə Almaniya klubundan rəsmi cavab - ÖZƏL
- Mahir Emreli "Nürnberq"dən ayrılır? - Meneceri danışdı
- Mahir Emrelinin komanda yoldaşı "Brayton"da
- Mahir Emreliyə təkliflər gəlib