"Biz həm siyasi, həm də iqtisadi müstəqillik əldə etmək istəyirik".
Oxu.Az xəbər verir ki, bunu açıqlamasında qvadelupalı jurnalist Quelery-Selbonne Paul deyib.
O bildirib ki, Fransa ilə mübarizə aparmaqda çətinlik çəkirlər:
"Azərbaycana səfərdən sonra bizdə ümid yarandı. Bakı Təşəbbüs Qrupunun bu sahədə fəaliyyəti və gördüyü işlər təqdirəlayiqdir. Ümid edirik ki, bizim səsimizi, əziyyətimizi dünyaya çatdırmağa dəstək olacaqsınız. Azərbaycana səfərlərin davamlı olacağına inanırıq".
Mərahim Nəsib