Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Mançester Yunayted" 94 illik antirekordunu təkrarladı
İngiltərə Premyer Liqasının XXXII turunda "Mançester Yunayted" "Nyukasl"la matçda ağır məğlubiyyətlə üzləşib - 1:4.
Oxu.Az "Squawka" nəşrinə istinadən xəbər verir ki, "Nyukasl Yunayted" 94 ildə ilk dəfə bir mövsümdə "Mançester Yunayted"ə qarşı hər iki oyunda qalib gəlib.
Xatırladaq ki, dekabrın 30-da "Old Trafford"da keçirilən ilk matçda Eddi Hounun komandası 2:0 hesabı ilə qalib gəlmişdi.
"Nyukasl" 56 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 38 xalı olan "Yunayted" isə 14-cü sıradadır.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar