Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Pensilvaniyada dəhşət: Qubernator Coş Şapironu və ailəsini diri-diri yandırmağa çalışdılar
Pensilvaniya ştatının qubernatoru Coş Şapiro və ailəsi bu gün dəhşətli bir hücumun hədəfinə çevriliblər. Belə ki, onların qaldıqları rəsmi iqamətgah naməlum bir şəxs tərəfindən yandırılıb.
Oxu.Az-ın NBC10 telekanalına istinadla verdiyi məlumata görə, hadisə Harrisburq şəhərində erkən saatlarda baş verib.
Bildirilir ki, təhlükəsizlik xidmətlərinin operativ fəaliyyəti sayəsində, həmin anda binada olan qubernator və ailəsi uğurla təxliyə ediliblər, şübhəli şəxs isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qubernatorun iqamətgahına ciddi ziyan dəyib.
İstintaq müəyyən edib ki, şübhəli öz cinayətkar niyyətini həyata keçirmək üçün ərazinin hasarını aşıb. Qubernator Şapiro hücumun məqsədyönlü xarakterini vurğulayaraq, şübhəlinin hərəkətlərinin onun niyyətlərinin qəsdən olduğunu açıq şəkildə göstərdiyini qeyd edib.
Jurnalistlərin məlumatına görə, saxlanılan şəxsə bir neçə maddə üzrə, o cümlədən qətlə cəhd, terrorizm, yanğın törətmə və ağırlaşdırıcı hallarda hücum ittihamları irəli sürüləcək. Hazırda cinayətkarın motivləri naməlum olaraq qalır və ətraflı araşdırılır.