"Mançester Yunayted" yarımmüdafiəçi Karlos Balebanın "Brayton"dan transferini elan edib.
Oxu.Az Mançester təmsilçisinin saytına istinadən xəbər verir ki, 22 yaşlı kamerunlu futbolçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.
Daha əvvəl mətbuatda yayılan məlumatlara görə, "qırmızı şeytanlar" bu transfer üçün təxminən 70 milyon avro sabit məbləğ və 5,8 milyon avro bonus təklif ediblər.
Ötən mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 35 oyunda iştirak edib, lakin məhsuldar hərəkətlərlə yadda qalmayıb. Oyunçunun "Brayton"la əvvəlki müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 55 milyon avro təşkil edir.