Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mauro İkardidən boşanan Vanda Nara borc içində üzür
Argentinalı jurnalist Yanina Latorre Vanda Naranın "Qalatasaray"ın hücumçusu Mauro İkardidən boşandıqdan sonra borc içində boğulduğunu deyib.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, Vanda Nara hazırda Argentina məhkəmələrinə 240 milyon Argentina pesosu (383 min manat) borclu qalıb.
"Vanda Mauro İkardini şəxsi və qızlarının mobil telefonundan blokladığını, daha sonra idmançının ondan şikayət etdiyini açıq şəkildə bildirib. Həmçinin modelin məhkəmələrə milyonlarla dollar cərimə borcu var. Ətraflı daha sonrakı günlərdə danışacağam", - Y.Latorre bildirib.
Qeyd edək ki, Mauro İkardi ilə Vanda Nara 2024-cü ilin noyabrında boşanıblar. Buna səbəb Vandanın Mauroya argentinalı reper L-Qante ilə xəyanət etməsi olub.
"Vanda Nara" teqi üzrə xəbərlər
- Vanda Naranın sevgilisi İkardi ilə mesajlaşmasını paylaşdı: Ulduz futbolçudan SƏRT REAKSİYA
- Vanda Nara Türkiyədə "ilin qadını" seçildi
- Mauro İkardiyə SİYAHI göndərildi: Naranın boşanma şərtləri ortaya çıxdı
- İkardi yeni sevgilisini göstərdi
- Repçi sevgilisindən ayrılan Vanda Nara Mauro İkardi ilə yenidən barışdı