Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı UFC-də növbəti döyüşünə çıxacaq.
Oxu.Az xəbər verir ki, 22 yaşlı idmançı dekabrın 5-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək "UFC Saudi Arabia" turnirində qüvvəsini sınayacaq.
"Ineffable" ləqəbli döyüşçü 61 kiloqram çəki dərəcəsində "ANB Arena"da moldovalı Pavel Andruska ilə qarşılaşacaq.
Qeyd edək ki, Məhəmmədəli Osmanlının peşəkar MMA rekordu 12 qələbə və iki məğlubiyyətdən ibarətdir. O, UFC-də keçirdiyi yeganə döyüşdə uduzub. Pavel Andruska isə 9 qələbə ilə məğlubiyyətsizdir və UFC-də bir qələbə qazanıb.
