MLS müntəzəm çempionatının növbəti oyununda "İnter Mayami" səfərdə "Sinsinnati" klubunu 5:3 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, qonaqların argentinalı ulduz futbolçusu Lionel Messi iki qol və bir məhsuldar ötürmə ilə klubunun qələbəsində böyük pay sahibi olub.
Messi dubl etdi, komandası səfərdən qələbə ilə döndü - VİDEO
Ardıcıl ikinci qələbəsini qazanan "İnter Mayami" 25 xalla Şərq Konfransında ikinci pillədədir. Altı oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulan "Sinsinnati" klubu isə 16 xalla səkkizinci sıradadır.
Qaynar xətt:
(055) 224 12 12