Misli Premyer Liqasında 2026-cı ilin ilk oyununda "İmişli" futbol klubu "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Oxu.Az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda gerçəkləşən qarşılaşma 2:2 hesabı ilə bitib.
Meydan sahiblərinin heyətində 5-ci dəqiqədə Luis Silvestr, 84-cü dəqiqədə isə Dioqo Almeyda fərqləniblər. Naxçıvan klubundan isə 14-cü dəqiqədə Şarl Boli və 90+1-ci dəqiqədə Ramon Maçado adlarını tabloya yazdırıblar.
Bu nəticədən sonra "Araz-Naxçıvan" 27 xalla 5-ci, "İmişli" 18 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.