Misli Premyer Liqasının VIII turunda "Sabah" səfərdə "Qəbələ" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən matç qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Sabah"ın heyətində Abdulla Xaybulayev 45+2-ci dəqiqədə, Aleksey İsayev 74-cü və 90+3-cü dəqiqələrdə, Coy Lens Mikels isə 88-ci dəqiqədə fərqlənib.
Hazırda 19 xalı olan "Sabah" turnir cədvəlinə başçılıq edir. Dörd xala malik "Qəbələ" isə 10-cu pillədə qərarlaşıb.
Bu gün futbol üzrə Azərbaycan Misli Premyer Liqasının VIII turunda daha iki matç oynanılacaq.
Oxu.Az xəbər verir ki, günün birinci qarşılaşmasında "Qəbələ" öz meydanında "Sabah" komandasını sınağa çəkəcək. Qəbələ şəhər stadionunda təşkil ediləcək bu görüş saat 16:00-da başlayacaq.
Günün digər və turun əsas hesab olunan matçında isə "Qarabağ" "Neftçi" ilə qarşı-qarşıya gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq bu oyun saat 19:00-da start götürəcək.
Xatırladaq ki, turun daha əvvəl baş tutan oyunlarında "Şamaxı" "Şəfa" (3:2) üzərində, "Sumqayıt" isə "Araz-Naxçıvan" (2:1) üzərində əzmkar qələbələr qazanıblar.
Hazırda "Neftçi" yeddi matçdan sonra topladığı 16 xalla turnir cədvəlinin zirvəsində yer alır. Bir görüş az keçirmiş "Sabah" və "Qarabağ" isə eyni xal göstəricisinə sahibdirlər. Hər iki komanda müvafiq qaydada ikinci və üçüncü sıralarda qərarlaşıblar.
Misli Premyer Liqası, VIII tur
17 oktyabr
16:00. "Qəbələ" - "Sabah"
Baş hakim: Əliyar Ağayev;
Köməkçi hakimlər: Akif Əmirəli, Zeynal Zeynalov;
Dördüncü hakim: Namiq Bəkirov;
VAR: Rəşad Əhmədov;
AVAR: Rahil Ramazanov;
Hakim-inspektor: Munis Abdullayev;
AFFA nümayəndəsi: Seymur Səlimli;
Stadion: Qəbələ şəhər stadionu.
19:00. "Qarabağ" - "Neftçi"
Baş hakim: Kamal Umudlu;
Köməkçi hakimlər: Namiq Hüseynov, Vüsal Məmmədov;
Dördüncü hakim: Fərid Hacıyev;
VAR: Əli Əliyev;
AVAR: Pərvin Talıbov;
Hakim-inspektor: Şahin Cəfərov;
AFFA nümayəndəsi: Erkin Hüseynov;
Stadion: Tofiq Bəhramov adına Respublika stadionu.