Misli Premyer Liqasında "Zəfər Turu"nun - XI turun son oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, turun son oyununda "Qarabağ" - "Neftçi" derbisi baş tutub.
"Azərsun Arena"da keçirilən qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda qolları "Qarabağ"ın heyətində Toral Bayramov (49) və Kamilo Duran (84) vurublar.
Bu nəticədən sonra rəqiblərindən bir oyun az keçirən "Qarabağ" klubu 23 xalla turnir cədvəlinin ilk pilləsində yer alıb. 15 xala malik "Neftçi" isə yeddinci pillədə qərarlaşıb.
Misli Premyer Liqasında XI turun - "Zəfər turu"nun son oyununda "Qarabağ" klubu "Neftçi" komandası ilə üz-üzə gəlir.
Oxu.Az xəbər verir ki, "Azersun Arena"da keçirilən oyun başlayıb.
Misli Premyer Liqasının 11-ci turunda "Sabah" "Kəpəz"i məğlub edib.
Oxu.Az xəbər verir ki, "Zəfər turu"na təsadüf edən matçda Bakı kollektivi 3:1 hesablı qələbəyə sevinib.
Qalib komandanın qollarını Velko Simiç (22), Coy Lens Mikels (28) və İqor Nogeyra (54) vurublar. Gəncəlilərdən isə Olavale Onanuqa (45+5) fərqlənib.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1) üstələyib. "Zirə" - "Turan Tovuz" oyununda isə hesab açılmayıb.
Misli Premyer Liqasında XI turun - "Zəfər turu"nun son oyun günündə iki matç keçiriləcək.
Oxu.Az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşmasında "Kəpəz" "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 15:44-də start götürəcək.
Turun son oyununda isə Azərbaycan derbisi baş tutacaq. "Qarabağ" klubu "Neftçi" komandası ilə üz-üzə gələcək. Bu matç saat 18:44-də başlayacaq.
Misli Premyer Liqası
XI tur
9 noyabr
15:44. "Kəpəz" - "Sabah"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rahil Ramazanov, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu.
18:44. "Qarabağ" - "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Fərid Hacıyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Azersun Arena".