Moskvanın MOİK klubu altıncı dəfə futbol üzrə Rusiya çempionu olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Premyer Liqasının rəsmi saytında məlumat verilir.
Mayın 21-də ölkə birinciliyinin son 30-cu turunda MOİK səfərdə minimal hesabla Kazanın “Rubin” klubunu məğlub edib. Yeganə qolun müəllifi Alan Dzaqoyev olub.
“Rostov” klubu turniri ikinci, “Zenit” isə üçüncü yerdə başa vurub.