Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mourinyo Lukaku və Dibalanın "Fənərbağça"ya mümkün keçidindən DANIŞDI
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Roma"nın hücumçusu Paolo Dibala və klubda icarə əsasında çıxış edən "Çelsi"nin hücumçusu Romelu Lukakunun Türkiyə komandasına keçməsi ehtimalından danışıb.
"Mən hər şeyi 100% aydınlaşdırmaq istəyirəm. "Roma"nın heç bir futbolçusu ilə maraqlanmıram", – Mourinyo mətbuat konfransında deyib.
Xatırladaq ki, dünən, iyunun 2-də "Fənərbağça" komandanın baş məşqçi postuna portuqaliyalı mütəxəssisin təyin olunduğunu açıqlamışdı.
Mourinyonun əvvəlki iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi "Roma" olub. Portuqaliyalı çalışdırıcının rəhbərliyi altında İtaliya klubu Konfrans Liqasının qalibi olmaqla yanaşı, Avropa Liqasının finalında da çıxış edib.
Mənbə: championat.com
"Fənərbağça" teqi üzrə xəbərlər
- İsmail Kartalın yeni klubu bəlli oldu - İrana gedir
- "Fənərbağça" heyətini "Aston Villa"nın müdafiəçisi ilə gücləndirdi
- Türkiyədəki yanğında vəfat edənlər arasında "Fənərbağça"nın idmançısı da var
- Cengiz Ünder İtaliya A seriyasında çıxış edə bilər
- Mourinyo mətbuat konfransına gecikdiyi üçün üzr istəyib: "Bağışlayın, kabab çox gözəl idi"