Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mourinyonun əvəzlədiyi türkiyəli baş məşqçi "Qarabağ"ı çalışdırmaq istəyir
"Fənərbağça"nın prezidenti Ali Koçun başqa komanda ilə anlaşmasını istəmədiyi sabiq baş məşqçisi İsmail Kartal karyerasını Azərbaycanda davam etdirə bilərmiş.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı jurnalist Ahmet Ercanlar "YouTube" kanalında verib.
O, İsmail Kartalın Azərbaycan və İran klublarından 1,5 milyon avroluq maaş təklif aldığını bildirib:
"Mənə dedi ki, çempionluğa oynayan komanda istəyir. Azərbaycanda "Qarabağ"ın dəstəkləndiyini, orada xüsusi vəziyyətin olduğunu söylədi", - deyə A.Ercanlar bildirib.
Qeyd edək ki, "Fənərbağça" klubunun prezidenti Ali Koç İsmail Kartala qış transferi pəncərəsinədək başqa komanda ilə razılaşmamasını tapşırıb.
Xatırladaq ki, "Fənərbağça"nı bu il iyunun 3-dən portuqaliyalı baş məşqçi Joze Mourinyo çalışdırır.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Azərbaycan futbolu tarixində ilk: "Qarabağ"la "Sumqayıt" arasında top fərqi 100-ü keçdi
- Premyer Liqa: "Sabah" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib
- Baş məşqçilik fiaskosu: Vaqif Cavadovla Cavid Hüseynov nələri düz etmirlər?
- Toral Bayramov xanımına BAHALI AVTOMOBİL hədiyyə edib
- Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a qalib gəldi